Serbiya Respublikasının baş naziri Aleksandr Vuçiç aprelin 13-də Azərbaycana rəsmi səfərə gəlib.
APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Serbiyanın baş naziri Aleksandr Vuçiçi hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar. Serbiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.