Pakistanda 25 yaşlı qadın evdən icazəsiz çıxdığı üçün həyat yoldaşı və qayınatası tərəfindən yandırılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bacısıgilə gedən Şabana Bibi adlı qadın əri Məhəmməd Siddiq və qayınatasının zorakılığı ilə üzləşib.
“Russia Today”in məlumatına görə, bədəninin 80 faizi yanan qadın xəstəxanada ölüb.
Polis mərhumun ərini və qayınatasını həbs edib.
Qeyd edək ki, Şabana Bibi ilə Məhəmməd Siddiq üç ildir evli olub.
Rüstəm