Fransa Ukrayna ordusunu vertolyot və radiorabitə sistemi ilə təchiz edəcək.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Ukraynanın “Ukroboronprom” dövlət konserni məlumat verib. Məlumata görə, bununla bağlı Fransanın “Thales Communication & Security” radirabitə şirkəti və “Airbus Helicopters” kompaniyası ilə xüsusi sazişlər imzalanıb.
“Airbus Helicopters” Ukraynaya “H125” tipli birmotorlu vertolyotlar satacaq.
Qeyd edək ki, Ukrayna və Fransa arasında hərbi-texniki əməkdaşlıq sahəsində strateji razılaşma Ukrayna prezidenti Petro Poroşenkonun Fransaya işgüzar səfəri çərçivəsində əldə edilib.
Samir