İsrail döyüş təyyarələri Qəzzanın şimalına iki hava hücumu təşkil edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Beyt Hanun bölgəsunə endirilən 2 raketin boş əraziyə düşdüyü bildirilib.
Bu arada İsrail ordusundan verilən açıqlamada İsrail hava qüvvələrinin ölkəyə atılan raketlərə cavab olaraq, Qəzzanın şimalındakı Həmasa məxsus hərbi hədəfləri vurduğu ifadə edilib.
Digər tərəfdən, İsrailin “Maariv” qəzeti də hərbi mənbələrə əsaslandırdığı xəbərində İsrail ordusunun Məscid-i Aksada bu gün qılınacaq cümə namazına maneə olacağını bildirib.
Qeyd edək ki, İsrailin illərdir blokada altında saxladığı Qəzzaya 2014-cü ilin iyulun 7-də başladığı 51 gün davam edən hücumunda 2 mindən çox fələstinli həyatını itirib.
Samir