24 Aprel 2015 15:37
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu ölkənin bəzi bölgələrində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı uğurlu əməliyyat keçirilib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, döyüşlər zamnı ən azı 48 terrorçunun öldürüldüyü açıqlanıb. Əməliyyatların Mosulun şimalındakı Gökçəli, Başika, Et-Təhrir və Əl-Berid bölgələrində, Bağdadın qərbindəki El-Kurme rayonunda aparıldığı bildirilib.

Hücumlar zamanı terrorçulara məxsus zirehli texnika və çoxlu sayda silah-sursat ələ keçirilib.

Samir


Müəllif: