25 Aprel 2015 12:52
2 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun məşhur ulduzu Ancelina Coli BMT Təhlükəsizlik Şurasının növbəti iclasında iştirak edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Suriya böhranının müzakirəsinə qatılıb. BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olan Coli təşkilatı sərt tənqid edib. O, BMT-ni fəaliyyətsizlikdə, qaçqınların müdafiəsi üçün tədbirlər görməməkdə ittiham edib.

“Biz Suriya baş verənlərə kənardan baxa bilmərik. Bizim qətiyyətsizliyimiz üzündən uşaqların həyatı riskə atılmamalıdır”.

Dəfələrlə İraqda, Livanda, İordaniya və Türkiyə qaçqın düşərgələrində olan aktrisa və rejissor Ancelina BMT TŞ-nin üzvlərinə müharibə qurbanları ilə görüşməyi təklif edib:

“Qaçqınlar BMT-nin iclasına gəlmək imkanı yoxdur. Bəlkə siz ora gedərək olanları öz gözünüzlə görəsiniz?”

Xatırladaq ki, Coli qaçqınların müdafiəsi üzrə fəal iş aparır. O, fevralda hərbi əməliyyatlar zonasında “Qadınlara qarşı seksual zorakılıqla mübarizə mərkəzi” açıb.

Teleqraf.com foto və videonu təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər