Bu gün Kiyevdə Ukrayna-Avropa İttifaqının növbəti sammiti keçiriləcək.
Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, Prezident Administrasiyasında keçiriləcək sammit yerli vaxtla 12:10-da (Bakı vaxtı ilə 14.10) başlayacaq.
14:40-da (16.40) isə sammitin plenar iclası başlayacaq və Ukrayna televiziyası tərəfindən canlı yayımlanacaq.
Daha sonra isə Ukrayna prezidenti Petro Poroçenko, Avropa Şurasının prezidenti Donald Tuska və Avropa Komissiyasının prezidenti Jan Klod Yunkeer mətbuat konfransı keçirəcəklər.
Sammitdə Ukraynada referendum keçirilməsi, konstitusiya və federallaşma islahatları, korrupsiya ilə mübarizə, məhkəmə sistemi və biznes mühitinin yaxşılaşdırılması müzakirə ediləcək. Həmçinin Avropa İttifaqı sülhməramlılarının Donbasda yerləşdirilməsi də müzakirə ediləcək.
Nihad