Suriyanın şimalındakı İdlib şəhərində iki terror aktı zamanı ən azı 69 nəfər öldürülüb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmilər hücumların “Əl-Qaidə” terror təşkilatının Suriya qolu kimi tanınan “Əl Nusra” Cəbhəsi tərəfindən edildiyini bildiriblər.
İlk hücum Hatay əyalətinin İştebrak kəndinə edilib və burada 35 nəfərin qətlə yetirildiyi açıqlanıb. İkinci hücum isə Hatayın Darkuş qəsəbəsinə edilib.
Samir