Kiyevdə 17-ci Ukrayna-Avropa İttifaqı sammiti işə başlayıb.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat xidmətindən verilən məlumatda bu sammitin Maydan hadisələrindən sonra Ukrayna və Avropa İttifaqı arasında ilk olduğu bildirilib.
Tədbir Ukraynada Avropa İttifaqı tərəfindən dəstəklənən siyasi və iqtisadi islahatlara, maliyyə və digər məsələlərə həsr olunacaq.
Artıq Ukrayna prezidenti Petro Poroşenkonun Avropa İttifaqı Komissiyasının prezidenti Cen-Kloud Canker və Avropa İttifaqı Şurasının prezidenti Donald Task ilə təkbətək görüşü başlayıb.
Ukrayna-Aİ sammitinin yekunları üzrə prezidentlər birgə mətbuat konfransı keçiriləcək.
Samir