Ukraynada kütləvi meşə yanğınları Çernobıl nüvə zavodu yaxınlığnda söndürülüb.
Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, ölkənin daxili işlər naziri Arsen Avakov bu barədə verdiyi açıqlamada bildirib ki, zavodun ərtafında yerləşən meşənin təxminən 400 hektar ərazisi yanıb. Yük maşınları və təyyarələrlə yanaşı, 200 nəfərə yaxın yanğınsöndürən zavoda 15-20 kilometr yaxın ərazidə alovun söndürülməsinə cəlb olunub. Ukrayna Fövqəlada Hallar üzrə Dövlət xidmətinin rəhbəri Zoryan Şkiryak yanğının "tam" nəzarət altına alındığını bildirib.
Bu barədə açıqlama verən Çernobıl spikeri Maya Rudenko bildirib ki, yanğın keçmiş nüvə zavodu üçün artıq heç bir təhlükə törətmir.