Avropa Parlamenti qeyri-qanuni immiqrantlarla mübarizə ilə bağlı Avropa Birliyi ölkələrini daha çox tədbir görməyə və rəsmi imiqrasiya üsullarını artırmağa çağıran qərarı 449 səslə qəbul edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərarın əleyhinə isə 130 səs verilib. Yeni qəbul edilmiş qərara əsasən, mühacir daşıyan gəmilərə qarşı aparılan əməliyyatların büdcəsi üç qat artırılacaq və mühacirlərin keçid nöqtəsi olan Liviyanın sərhəd qonşuları ilə əməkdaşlıq ediləcək.
Avropa İttifaqı Şurasının sədri Donald Task mühariclərin qorunmasının ən yaxşı yolunu açıqlayıb: “Mühacirlərin qorunmasının ən yaxşı yolu onların gəmiyə minmələrinin qarşısını almaqdır”. Bundan başqa Task Avropa İttifaqı daxilində ortaq siyasətin inkişaf etdirilməsini də təklif edib.
Samir