Portuqaliyanın “TAP Portugal” aviaşirkətinin pilotları həmkarlar ittifaqlarının çağırışı ilə 10 günlük tətilə başlayıblar.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, həmkarlar ittifaqları aviaşirkətin özəlləşdirilməsi ilə bağlı bir sıra şərtlərin yerinə yetirmədiyini bildiriblər. Bundan əlavə, pilotlar əmək haqlarının artırılmasını da tələb ediblər. Tətil səbəbindən minlərlə sərnişin hava limanlarında gecələməli olub.
Rəsmilər tətilin davam edəcəyi təqdirdə daha 300 reysin təxirə salınacağını açıqlayıblar.
Samir