“İran xalqı təhdid altında müzakirəni qəbul etməyəcək”.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ mediasına yer alan fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, təhdid altında hansısa müzakirələr mənasız olacaq. Xamenei qeyd edib ki, ABŞ-ın nüvə danışıqlarına bizdən daha az ehtiyacı var.
Qeyd edək ki, Amerika mediası Vaşınqton rəsmilərinin İranı təhdid altında saxlaması ilə bağlı məlumat yer alıb.
Samir