7 May 2015 09:27
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın ən böyük neftayırma zavodunun təhlükəsizliyi təmin edilib.

Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, neftayırma zavodunun yerləşdiyi Səlahəddin vilayətinin Beyci mahalında bəzi bölgələr təhlükəsizlik gücləri tərəfindən İŞİD terror təşkilatından azad olunub.


Məlumata görə, mahaldakı bir neçə kəndin azad edilməsi ilə Beyci neftayırma zavoduna gedən yol da tamamilə nəzarət altına alınıb.


İŞİD təxminən bir aydır ki, Beyci neftayırma zavodunu ələ keçirməyə çalışır. Ətrafında döyüşlər getdiyi üçün fəaliyyəti dayandırılan zavodda gündəlik 170 min barrel neft emal olunurdu.


Müəllif:

Oxşar xəbərlər