Avstraliyanın İndoneziyada və İranda keçmiş səfiri Qreq Moriarti ölkədə ilk dəfə olaraq terrorla mübarizə üzrə milli koordinator təyin ediləcək. Bu barədə mayın 25-də xarici işlər naziri Culi Bişop məlumat verib.
ABC telekanalına müsahibəsində C. Bişop deyib ki, Q. Moriati müvafiq fəaliyyətlə əlaqədar müxtəlif dövlət idarələri arasında əlaqələndirmə işləri aparacaq və birbaşa Baş nazirə hesabat verəcək.
Nazir, həmçinin bildirib ki, hökumət Yaxın Şərqə yollanaraq, orada İŞİD və digər ekstremist qruplara qoşulanların Avstraliya vətəndaşlığından çıxarılması barədə qanun layihəsini yaxın günlərdə parlamentə təqdim edəcək.