28 May 2015 09:14
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Köln şəhərində 1945-ci ildən bəri ilk dəfə sakinlərin genişmiqyaslı təxliyə planı həyata keçirilib. Azı 20 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bir qədər əvvəl şəhərdə aparılan qazıntı işləri zamanı İkinci Dünya Müharibəsi dövründən qalma partlayıcının aşkarlanması buna səbəb olub.

Rəsmilər çəkisi 1000 kiloqrama yaxın partlayıcının genişmiqyaslı dağıntılar törədə biləcəyi ehtimalını nəzərə alaraq insanlar evlərindən təxliyə ediblər.

Bomba zərərsizləşdirildikdən sonra insanlar evlərinə qayıdacaqlar.


Müəllif:

Oxşar xəbərlər