4 İyun 2015 02:15
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ölkədə artıq Gürcüstanın dövlət təhlükəsizliyinin əməkdaşları saxlanılıb

Odessa vilayətinin yeni qubernatoru təyin edilən Mixail Saakaşvili Gürcüstan hakimiyyətinin onu izlədiyini bildirib.

ANS PRESS-in məlumatına görə, Saakaşvili bunun üçün Ukraynaya dövlət təhlükəsizlik xidmətinin əməkdaşlarının göndərildiyini qeyd edib.

“Onlar müxtəlif ölkələrə məni izləmək üçün öz agentlərini göndəriblər. Bir neçə ölkədə artıq Gürcüstanın dövlət təhlükəsizliyinin əməkdaşları saxlanılıb və deportasiya ediliblər. Bir ölkədə gürcü agenti saxlanılıb və onu buraxmağa hazırlaşmırlar. Gürcüstan öz agentini azad etməyi tələb edirdi, amma cavab alıb ki, rəsmi şəkildə dəvət edilmiş insanı izləmək qanunsuzluqdur. Ayıb deyil sizə!”, - deyə Saakaşvili “Rustavi 2” telekanalına müsahibəsində şikayətlənib.

Saakaşvili 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib. Öz vətənində o, xidməti səlahiyyətlərini aşmaqda, deputatlardan birinə silahlı hücumun təşkilində və bir neçə milyon dollar dövlət vəsaitinin xərcləməkdə ittiham olunur. Onun barəsində axtarış elan edilib.


Müəllif:

Oxşar xəbərlər