Türkiyədə dünənki seçkilərdə 80 deputatla Böyük Millət Məclisinə daxil olan Xalqların Demokratik Partisi (HDP) Ermənistanla normal münasibətlərin qurulmasına çağırıb.
Strateq.az bildirir ki, HDP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Nəzmi Gur RİA-Novosti-yə bildirib ki, partiya qondarma soyqırımın tanınmasının tərəfdarıdır.
“Biz Ermənistanla münasibətlərin normallaşması haqqında protokolların ica olunmasına və sərhədlərin açılmasınn tərəfdarıyıq. Türk-erməni münasibətləri Qarabağ probelminin həllindən asılı olmamalıdır. Bu məsələ erməni və azərbaycan xalqlarının məsələsidir və danışıqlar yolu ilə həll edilməlidir. Biz həmçinin Osmanlı imeriyasında baş vermiş erməni soyqırımının tanınmasını istəyirik”-deyə Nəzmi Gur bəyan edib.