ABŞ prezidenti Barak Obama Almaniyanın Münhen şəhərində keçirilən “Böyük yeddilik” liderlərinin zirvə toplantısından sonra açıqlama maraqlı açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Suriya və İraqa xarici ölkələrdən gedən döyüşçülərin qarşısını almaq üçün görülən işlərdə irəliləyişlərin olduğunu deyib.
Obama qeyd edib ki, hazırda Suriyada minlərlə xarici ölkə vətəndaşı terrorçular tərəfində döyüşür ki, onları bu yoldan çəkindirmək üçün daha kəskin qərarlar qəbul edilməlidir.
Obama Ukrayna böhranı məsələsinə də diqqət çəkib. O, “Böyük yeddilik” ölkələrinin daim Ukraynanın yanında olacağını və böhran davam etdikcə Rusiyaya qarşı sanksiyaların sərtləşəcəyini bildirib.
ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putini ölkə iqtisadiyyatını fəlakətə sürükləməkdə ittiham edib.
Samir