Almaniyanın paytaxtı Berlində Sincan Uyğur Muxtar Bölgǝsindǝ müsǝlman ǝhaliyǝ edilən vəhşiliklərə qarşı etiraz aksiyası keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər Berlin hökumətini zülmə qarşı susmamağa çağırıb. Çin səfirliyi qarşısında təşkil edilən etirazlar zamanı nümayişçilər Pekinin müsəlmanların hüquqlarını tapdaladığnı və bu zülmə dərhal son qoyulmasının vacibliyini əks etdirən şüarlar səsləndiriblər.
Aksiya fəalları Çinin milyonlarla insanın oruc tutmasına mane olunduğunu, uşaqlara işgǝncǝ verildiyini, Quran kurslarının vǝ mǝscidlǝrin bağladıldığıni və bu addımların yolverilməz olduğunu bildiriblər.
Samir