13 İyul 2015 01:50
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə proqramına dai danışıqların iştirakçıları BMT-nin bu ölkəyə qarşı silah embarqosunun yaxın perspektivdə götürülməsi haqda siyasi razılaşma əldə ediblər. Musavat.com-un məluamtına görə, bu barədə “Blomberg” agentliyi xəbər yayıb.

Agentlik bildirir ki, qadağanın götürülməsi məsələsi BMT Təhlükəsizlik Şurasının hələ ki, müzakirəsi gözlənilən qətnamə layihəsinə daxil ediləcək.

Sənəddə embarqonun dərhal deyil, tədricən götürülməsi nəzərdə tutulur.

Tərəflər (İran və “altılıq” ölkələri) bu gün nəhayət ki, yekun anlaşmanı imzalamağı planlaşdırırlar.


Müəllif:

Oxşar xəbərlər