Türkiyənin Şanlıurfa bölgəsindəki Suruç şəhərində baş verən və bütün ölkəni sarsıdan canlı bomba hücumunda 28 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un xəbərinə görə, "Hürriyet" qəzeti terroru İŞİD tərəfdarı olan 18 yaşlı qızın törətdiyini bildirib. "Röyter" agentliyi də türk yetkililərə istinadən terror aktını İŞİD-in törətdiyi barədə xəbər yayıb.