5 Avqust 2015 12:53
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya Kralı 2-ci Abdulla ilə Səudiyyə Ərəbistanının 2-ci vəliəhdi, şahzadə və müdafiə naziri Məhəmməd İbn Salman görüşüb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş zamanı İranın Ərəb ölkələrinin daxili işlərinə qarışması əsas müzakirə mövzusu olub. Görüşdən sonra verilən yazılı açıqlamada İranın bu kimi məsələlərə qarışmaması tələb olunub. Liderlər Tehran hökumətinin qonşuluq siyasətinə hörmətlə yanaşmasının vacibliyini qeyd ediblər.

Görüşdə həmçinin ikitərəfli münasibətlər, İslam dini, terrorçuluqla mübarizə və Suriya məsələləri müzakirə olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər