“nachrichten.de” nəşri Ermənistanın “ədalət mühakiməsinin” acınacaqlı vəziyyətindən yazıb (http://www.nachrichten.de/politik/Justiz-Armeniens-Justizopfer-formieren-sich--Verfolgte-aus-Armenien-schliessen-sich-im-Verein-aid_7918097033041680352.html).
Məsələn, nəşr yazır ki, ermənistanlı müxalifətçi Saxak N. 2013-cü ilin mayında qaçqın statusunun təsdiq edilməsi prosesi zamanı yalan ifadələr əsasında Ermənistana ekstradisiya edilib. Regensburq sakini ilə evli olan bu 33 yaşlı kişi ittihamların saxta olmasına baxmayaraq, o vaxtdan Yerevanda həbsxanada oturub. Onun azadlığa çıxması uğrunda mübarizəni davam etdirən xanımı İrina Şults Regensburqda “Ermənistan ədliyyəsinin qurbanları” birliyi yaradıb.
Birliyin saytında (www.armeniens-justizopfer.de) deyilir: “Birlik qarşısına ədalətsiz mühakimə edilən və ya məhkəmə qərarı olmadan Ermənistan həbsxanalarında saxlanılan insanların hüquqlarını müdafiə etmək məqsədi qoyub.
Birlik Ermənistanın hüquqi dövlət olmasına kömək etmək üçün Ermənistan həbsxanalarında və ədliyyəsində pozuntular barədə məlumatlar verməyə hazırlaşır. Saxak N. artıq iki il məhkəmənin qərarı olmadan həbsxanada, özü də ilk vaxtlarda insan üçün dözülməz şəraitdə keçirib. Hadisə ictimailəşəndən bir qədər sonra ehtimal olunan şahidlər “əlli-ayaqlı” itib, fəal seçki iştirakçısına qarşı ittihamlar sübuta yetirilməmiş qalıb.
“Ermənistan ədliyyəsinin qurbanları” birliyi belə halların təkrarlanmamasına çalışır və Ermənistan həbsxanalarında nalayiq davranış, yubadılmış məhkəmə prosesləri, məhkəmə administrasiyasında korrupsiya hadisələri barədə informasiya toplayır.