İndoneziyada yerləşən Yaponiyaya məxsus kometik mallar fabrikində güclü yanğın və partlayış baş verib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 25 nəfər həyatını itirib, 30 nəfər xəsarət alıb. Rəsmi məlumatlara görə, fabrikdə yüzə yaxın fəhlənin köməksiz qaldığı ehtimal edilir.
Hazırda yanğının qarşısının alınması üçün bölgəyə helikopter cəlb edilib. Ölü sayının artacağı istisna edilmir.
Samir