ABŞ-ın Missouri ştatının Ferguson şəhərində silahsız qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsinin birinci ildönümünə həsr olunmuş etiraz aksiyasında atəş səsləri eşidilib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, hadisə yerində çəkilmiş şəkillərdə yerə uzanmış vəziyyətdə qan içində olan gənc qaradərili kişi görünüb. Polisdən verilən məlumaat görə, atəş naməlum silahlılar tərəfindən açılıb. Hadisədən sonra təcavüzkarla qaçmağa nail olub.
Hazırda polis təhlükəsizlik kameralarına əks olunmuş görüntüləri araşdırır.
Qeyd edək ki, ötən il Ferguson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Maykl Braunun polis zabiti Darren Vilson tərəfindən güllələnməsi bütün ölkə boyu etiraz nümayişlərinin keçirilməsinə səbəb olub.
Samir