Dağıstanda keçirilən əməliyyat zamanı terrorçu qruplaşmalardan birinin lideri öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, öldürülən şəxs "dağ sektoru"nun əmiri Məhəmməd Abdullayevdir.
Qeyd edək ki, avqustun 10-da Untsukulsk rayonunda xüsusi əməliyyat zamanı "Qafqaz əmirliyi" terror təşkilatının lideri Məhəmməd Süleymanov öldürülüb.
Samir