26 Avqust 2015 09:51
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın kurort şəhəri Batumidə cəmi bir neçə saat ərzində yağan leysan yağışlar və dörd ballıq güclü külək şəhərin yarısını işıqsız qoyub, evlər su altında qalıb.

Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Tbilisi və Kutaisi şəhərlərindən Batumiyə xilasedici briqadalar və xüsusi texnika göndərilir.

İnsanlar su basmış küçələrdə, binaların birinci mərtəbələrində və mağazalarda çıxılmaz vəziyyətdə qaldıqlarından şikayətləniblər.

Şəhərin ətrafında Batumidən çıxmağa çalışan yüzlərlə maşın tıxac əmələ gətirib.


Müəllif:

Oxşar xəbərlər