30 Avqust 2015 16:38
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CBS News” xəbər verir ki, Amerikanın Nyu-Cersi ştatının Trenton şəhərində ibtidai sinif müəllimi Arnold Anderson iki il ərzində işə 111 dəfə gecikdiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Müəllim özünün vərdişinə görə əmək intizamını pozub : “Mənim pis vərdişim var. Mən səhər yeməyini çox sevirəm. Mən bu vərdişdən imtina etməliyəm.”

Müəllim bildirib ki, onun gecikmələri iki dəqiqədən artıq olmayıb. O, bir dəfə maşını sındığına görə on dəqiqə işə gecikməli olub.

Müəllim Anderson 2013-2014 tədris ilində 65 dəfə , bu il isə 46 dəfə gecikib.

Hakim həm müəllimi, həm də məktəb rəhbərliyini dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən müəllim yanvar ayının 1-nə kimi məktəbdən kənarlaşdırılıb.

Hakim onu da qeyd edib ki, bu vaxt ərzində rəhbərlik tərəfindən müəllimə heç bir töhmət verilməyib.
Müəllim isə verilən cəzadan narazı olduğunu ifadə edib. Lakin o, bu cəzanın işini tamamilə itirməkdən daha pis olduğunu söyləyib.

Qeyd edək ki, müəllimin illik gəliri 90 min dollar olub.


Müəllif:

Oxşar xəbərlər