Ukraynanın paytaxtı Kiyevdə parlament binasının önündə partlayış baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda polis, etirazçı və jurnalist yaralanıb. Rəsmi məlumatlara görə, hadisə parlament önündə keçirilən aksiyada əl qumbarasının partlaması nəticəsində baş verib. İlkin hesablamalara görə, hadisə zamanı 100 nəfər yaralanıb.
Kiyevin polis rəisi Aleksandr Tereşuk bildirib ki, artıq qumbara ilə hücum edən şəxs yaxalanıb.
Qeyd edək ki, nümayişçilər Ukrayna Ali Radasında separatçı bölgələrə xüsusi statusun verilməsini tanıyan qanun layihəsinin müzakirəsinə etiraz ediblər. Nümayiş zamanı polislə etirazçılar arasında toqquşma baş verib.
Hazırda şəhərdə vəziyyət gərgin olaraq qalmaqdadır.
Samir