7 Sentyabr 2015 16:35
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans Anadolu Təbii Qaz Boru Xətti nin Layihəsi (TANAP) üçün qazılmış xəndəklə həm də fiber optik kabel çəkiləcək.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, Azərbaycanın "Şahdəniz-2" yatağından çıxarılacaq təbii qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək TANAP eyni zamanda kommunikasiya infrastrukturu kimi də istifadə ediləcək.

Kabel Türkiyənin şərqindən - Gürcüstan sərhədindən başlayaraq qərbinə - Yunanıstan sərhədinə qədər uzanacaq və təxminən 1800 kilometr uzunluğunda olacaq.

Bu strateji xətt üzərində təqdim oluancaq infrastruktur və xidmətlər regionda və dünyada fəaliyyət göstərən operatorlar və digər telekommunikasiya şirkətlərinin diqqət mərkəzində olacaq.

“SOCAR Turkey Fiber Optik AŞ” şirkəti sözügedən layihəyə təxminən 145 milyon manat vəsait sərf edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər