7 Sentyabr 2015 21:54
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günədək 60 suriyalı Çex Respublikasında sığınacaq verilməsi üçün ərizə ilə müraciət edib. Cari ilin iyun ayından etibarən Çexiyada polis tərəfindən cəmi 2500 qaçqın saxlanılıb.

Bu barədə KİV-lərə Brno yaxınlığındakı Ostanovka kəndində qeyri-leqal miqrantların yerləşdirilməsi üçün xüsusi düşərgəyə gələn daxili işlər naziri Milan Xovanets məlumat verib. Nazirin fikrincə, sığınacaq istəyənlərin sayı sübut edir ki, hədəf Çexiya deyil. Bura yalnız Qərb ölkələrinə, ilk növbədə Almaniyaya can atanlar üçün tranzitdir.

Hər gün Çexiya polisi ölkədə onlarca, bəlkə də yüzlərcə qeyri-leqal qaçqını saxlayır. Milan Xovanetsin sözlərinə görə, yaxın vaxtlarda vəziyyət yaxşılaşmalıdır, çünki Macarıstan cənub sərhədlərində xüsusi hasarların çəkilməsini başa çatdırır və miqrant axınını məhdudlaşdıran bir sıra qanunlar qəbul etməyə hazırlaşır.


Müəllif:

Oxşar xəbərlər