Krım tatarlarının liderləri Ukraynadakı vətənpərvəq qüvvələri Krımın “Ərzaq blokadası”na qoşulmağa çağırıblar.
Onlar bu aksiyaya sentyabrın 20-dən başlamaq fikrindədirlər.
Krım-Tatar xalq məclisinin rəhbəri Refat Cubarov Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynanın yarmadaya göndərdiyi qida məhsulları işğalçı qüvvələrin hərbi qarnizonlarına verilir.
Bunu Ukrayna prezidentinin Krım-Tatar məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cemilev də təsdiqləyib.
Onun sözlərinə görə, Ukraynadan göndərilən ərzaq məhsullarının təxminən 80 faizi Rusiya ərazisinə gedir.
O qeyd edib ki, bizim həmvətənlərimizi ələ salan quldurları yedizdirmək olmaz.
Amma o qeyd edib ki, planlaşdırılan aksiya Ukrayna hakimiyyətinin siyasətinə zidd olmamalı və bu ölkə rəhbərliyi ilə razılaşdırılmalıdır.
Rusiya 2014-cü ilin martında Krımı ilhaq ütdikdən sonra rəsmi Kiyev yarmadanı müvəqqəti işğal edilmiş ərazi elan edib.