9 Sentyabr 2015 11:52
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir ordusu Sina yarımadasında silahlı qruplara qarşı əməliyyatı davam etdirir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, gərgin döyüşlər Rifah, Şeyx Zuveyd və Ariş şəhərlərində gedir. Toqquşmalar nəticəsində 27 nəfər həyatını itirib, 154-ü isə xəsarət alıb.

Ölən və yaralılar arasında dinc sakinlər də var. Döyüşlər zamanı silahlı qruplara məxsus çoxlu sayda silah-sursat ələ keçirilib.

Samir


Müəllif: