“Rusiya prezidenti Vladimir Putinin BMT-nin baş assambleyası zamanı Roma papası Francislə görüşü o halda baş tuta bilər ki, Putin görüşə vaxtında gəlsin”.
Bu barədə Nyu-York Tayms Vatikanın BMT-ki nümayəndəsinə istinadla məlumat yayıb.
Putin bundan əvvəl, iyunda Vatikanda papa ilə görüşə 70 dəqiqə gecikmişdi. Diplomatik protokola görə, Papa BMT-nin baş assambleyası zamanı rəsmi şəkildə yalnız təhlükəsizlik şurasının daimi üzvü olan 5 ölkənin liderləri ilə görüşməlidir.
Sentyabrın 1-dən təhlükəsialik şurasına sədrlik Rusiyaya keçib.Papanın Putinlə görüşüb-görüşməyəcəyi barədə məlumat verilmir.Roma Papasının assambleyada çıxışı sentyabrın 25-də olacaq.
Putinin isə Nyu-Yorka sentyabrın 27-də-çıxış edəcəyi gün gedəcəyi gözlənilir. Ümumiyyətlə Putin bir çox dünya liderləri ilə görüşə gec gedib.
Məsələn o 2003-cü ildə İngiltərə kraliçası II Elizabethlə görüşə 14 dəqiqə, 2006-cı ildə İspaniya kralı Juan Carlosla görüşə 20 dəqiqə, 2013-cü ildə ABŞ Dövlət katibi John Kerry ilə görüşə isə düz 3 saat gec gəlib.