Tacikistanda İslam Dirçəliş Partiyasının əsas fiqurları həbs edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında partiyanın birinci müavini Saidumar Xusayni Alma-Ataya uçmaq istəyərkən yaxalanıb. Onunla yanaşı sədrin müaşviri Məhmədəli Xaid, partiyanın elmi şurasının sədri Voxidxon Kosiddinov, tanınmış ilahiyyatçı Zubaydullo Rozik də polis əməkdaşları tərəfindən saxlanılıb.
Onlara qarşı hələlik heç bir ittiham irəli sürülməyib.
Samir