Türkiyədə azyaşlı oğlanı silahla hədələyərək təcavüz edən gənclərin məhkəməsiz yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, 4 il əvvəl 15 yaşlı oğlan M.K.-a təcavüz edən 16 yaşlı H.A 23 il, 15 yaşlı B.A isə 13 il azadlıqdan məhrum edilib.
Hadisə 2011-ci ildə Diyabakırda baş verib. O zaman 15 yaşı olan M.K polisə müraciət edərək dostları H.A. və B.A. tərəfindən silahla qorxudularaq evə apardıldığını bildirib. Psixolji sarsıntı keçirən M.K. təcavüzə məruz qaldığını bildirib.
Zərərçəkmişin ifadəsindən sonra Diyarbakır polisi istintaqa başlayıb. H.A. və B.A. haqqında "azyaşlıya qarşı cinsi təcavüz" maddələri ilə cinayət işi açılıb.
Tibbi ekspertiza təcavüz halının baş verdiyini təsdiqləyib.
Təcavüzdə ittiham olunan H.A. ifadəsində " Mənə pul borcu var idi. Qarşılığında cinsi əlaqəyə girməyi təklif etdi. Əvvəl B.A sonra isə mən M.K. ilə öz razılığıyla əlaqəyə girdik" deyərək bildirib.
Məhkəmənin qərarına əsasən H.A. 23 il 2 ay 20 gün, B.A. isə 10 il 10 ay azadlıqdan məhrum edilib.
Rüstəm