Türkiyənin Van bölgəsinin Başkale rayonunda PKK terror təşkilatının döyüşçüləri hərbi karvanın keçidi zamanı əvvəlcədən yola yerləşdirdikləri partlayıcını işə salıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 əsgər ağır xəsarət alıb. Hadisə gecə saatlarında Çamlıq adlanan ərazidə baş verib. Partlayış zamanı hərbi avtomobillərə də ciddi ziyan dəyib .
Terrorçuların yaxalanması üçün bölgədə əməliyyat başlayıb.
Samir