Almaniyanın Friman şəhərində qaçqınların sığındığı binada yanğın baş verib. Musavat.com-un məlumatına görə, bu barədə DRA agentliyi xəbər yayıb.
Agentliyin məlumatına görə, yanğın trenajor zalının yanındakı personal tualetlərdən başlayıb, sonra isə binanın özünə keçib. İlkin məlumatlara görə, heç kim xəsarət almayıb.
Alman polisi hadisənin qəsdən törədildiyini güman edir.
Qeyd edək ki, ölkə ərazisində ötən ay da bənzər hadisə baş vermişdi.