8 Oktyabr 2015 12:23
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Əfqanıstanın Kunduz şəhərində Sərhədsiz Həkimlər Təşkilatının xəstəxanasına təşkil edilən hücuma görə üzr istəyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki Obama Sərhədsiz Həkimlər Təşkilatının sədri Coanne Liu ilə görüşüb.

Ağ Ev sözçüsü Coş Earnestin açıqlamasında Obama hücum zamanı həyatını itirən tibb işçilərinin yaxınlarına başsağlığı verib.

ABŞ prezidenti baş verən hadisə ilə bağlı araşdırmanın dəqiq və obyektiv aparılacağına söz verib.

Bundan əlavə o, Əfqanıstan prezidenti Əşrəf Qəni ilə telefonla danışdığını və əməkdaşlığa davam etdirəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ təyyarələri Əfqanıstanda keçirdiyi əməliyyat zamanı Sərhədsiz Həkimlər Təşkilatının xəstəxanasını bombalayıb. Hadisə nəticəsində 22 nəfər həyatını itirib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər