"ABŞ Cənubi Çin dənizində etdiyi təxribat yönlü hərəkətlərə son qoymalıdır".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. ABŞ-ın Pekin tərəfindən inşası davam edən suni adaların yaxınlığına gəmi göndərəcəyi ilə bağlı yayılan məlumatlara Çin sərt reaksiya verib.
ABŞ iddia edir ki, Çinin suni adaları mübahisəli sularda inşa etməsi beynəlxalq hüquq normalarına ziddir. Çin isə bütün iddiaları yalanlayıb və Vaşinqton hökumətini vəziyyəti gərginləşdirəcək təxribatlardan çəkinməyə çağırıb.
Samir