Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd ibn Salman əl-Səudla görüşüb.
Axar.az xəbər verir ki, görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Sənaye və Ticarət naziri Denis Manturov, İnquşetiya Respublikasının rəhbəri Yunus-bek Yevkurov, Energetika naziri Aleksandr Novak da iştirak edib.
Qeyd edək ki, bu görüşə qədər Putin Əbu-Dabi şahzadəsi Məhəmməd əl Nəhəyyanla görüşmüşdü.