16 Oktyabr 2015 12:49
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə əqli problemi olan qıza təcavüz edən oğlan həbs edilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmir şəhərində baş verib. 25 yaşlı H.Y. həmkəndlisi, əqli qüsurlu 19 yaşlı M.Y. adlı qızı zorla iki gün evində saxlayıb. Bu müddət ərzində qıza təcavüz edən oğlan M.Y-nin boyunbağısını və sırğalarını da əlindən alıb.

Oktyabrın 8-də 57 yaşlı A.Y. polisə gələrək qızının itkin düşdüyünü bildirib. İki gün sonra yenidən polisə gələn A.Y. qızını tapdığını deyib. O, qızının H.Y. adlı kişi ilə birlikdə getdiyini və öz razılığıyla cinsi əlaqəyə girdiyini söyləyib. Heç kimdən şikayıtçi olmadığını bildirib.

Ancaq A.Y. oktyabrın 11-də yenidən polis gəlib. O, hərəkətlərindən şübhələndiyi qızı ilə danışdığını, oğlanın qızına təcavüz etdiyini deyib. Zehni qüsurlu qızının H.Y. tərəfindən ölümlə təhdid edildiyi söyləyən ata şikayətçi olub.

19 yaşlı M.Y. polisə ifadəsində 25 yaşlı H.Y. ilə 20 gün əvvəl tanış olduğunu deyib. Oktyabrın 7-də isə oğlanın zorla onunla təbii və qeyri-təbii yolla cinsi əlaqəyə girdiyini qeyd edib. Bıçaqla təhdid olunduğunu söyləyən M.Y. oğlanın boyunbağısını və sırğalarını aldığını da deyib.

Şikayətdən sonra əməliyyat keçirən polis 25 yaşlı H.Y.-ni saxlayıb. Hadisə ilə bağlı istintaq davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər