Suriyada “əl-Qaida”nın yüksək vəzifəli səhra komandiri avizərbələr nəticəsində ölüb. Musavat.com-un məlumatına görə, bu barədə monitorinq aparan hüquq müdafiəçiləri xəbər veriblər.
Ancaq terrorçunun hansı ölkənin hərbi qüvvəsi tərəfindən neytrallaşdırıldığı bilinmir. Britaniyada mənzillənən monitorinq mərkəzinin məlumatına görə, səhra komandiri kimi tanınan Sanafi əl-Nəsrhəm öz iki silahdaşı ilə birgə aviazərbələr nəticəsində öldürülüb.
Lakin hava zərbəsini Rusiyanın, yoxsa koalisiya qüvvələrinin endirdiyi tam aydın deyil.
Cihadçıların sosial şəbəkələrdə iddia edirlər ki, zərbəni məhz Amerika pilotsuz təyyarəsi endirib.
ABŞ kəşfiyyatının məlumatına görə, Sanafi əl-Nasr Suriya ərazisində terror qruplarının əməliyyatlarına nəzarət edib. O, 2014-cü ildə BMT Təhlükəsizlik Şurasının barəsində sanksiyalar tətbiq elədiyi 6 nəfərdən biri idi.