Məhərrəm ayında İran hökuməti sərt qərar qəbul edib.
"Məhərrəm təraşı" kimi məşhur olan "Ya Hüseyn" yazılı saç düzümü qadağan edilib.
Teleqraf.com show.az-a istinadən bildirir ki, ölkənin Bərbərlər Birliyi, quruma üzv olan bütün bərbərlərə bu barədə xəbərdarlıq edib.
Məlumata götə, qadağaya əməl etməyənlər cəzalandırılacaq.
Birliyinin başçısı Mustafa Güvahi qadağaya əməl etməyən bərbərlərin obyektlərinin bağlanılacağını deyib.
Eyni xəbərdarlıq qadın bərbərlərə də edilib və "Məhərrəm makiyajı" qadağan olunub.
Milli.Az