Yunanıstanda "Üçüncü qurtarma paketi"nə qarşı media işçiləri tətilə başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu gün səhərdən etibarən ölkədə dövlət və özəl kanallar, radio stansiyaları xəbər yayımını dayandırıb.
Tətilin 24 saat davam etməsi gözlənilir. Tətilə səbəb kimi paketə əlavə olunan və ölkədə televiziya kanallarına vergi tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi göstərilir. Jurnalistlər bunu söz azadlığına təhdid kimi qiymətləndirir.
Samir