1 Dekabr 2015 01:37
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın parlamentində ölkənin Hərbi-Hava Qüvvələrinin Suriyada İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməsinə dair səsvermə dekabrın 2-də keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.

“Hazırda deputatların əksəriyyəti yalnız İraqda deyil, Suriyada da İŞİD-in mövqelərinə hava zərbələrinin endirilməsinin lehinədir. Onlar anlayırlar ki, terrorçular dövlət sərhədlərini tanımır. Suriyada beynəlxalq koalisiya tərkibində iştirak Böyük Britaniyanın milli maraqlarına uyğundur. İŞİD-in mövcudluğu ölkə üçün təhlükə kəsb edir”, deyə D.Kemeron bildirib.

Xatırladaq ki, 2014-cü ilin sentyabrında Böyük Britaniya parlamenti İraqdaki İŞİD mövqelərinə aviazərbələrin endirilməsinə razılıq verib.


Müəllif:

Oxşar xəbərlər