1 Dekabr 2015 11:39
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanlıurfada 23 yaşlı müəllim Fırat Kışlələ evində boğazı kəsilərək öldürülüb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə Fərat məhəlləsində baş verib. Müəllim yoldaşları Fıratın iş günü olmasına baxmayaraq, məktəbə gəlməməsindən şübhələniblər. Evinin yanına gələn həmkarları Fırata zəng ediblər. Lakin telefona cavab verən olmayıb. Hadisə yerinə polis çağırılıb.

Evə daxil olan təhlükəsizlik xidmətinin əməkdaşları Fırat Kışlələni boğazı kəsilmiş halda tapıblar. Araşdırma aparan polis evdəki qanlı çörək bıçağını və cəsədi tibbi ekspertizaya göndəriblər.

Polis hadisənin intihar, yaxud qətl olduğunu araşdırır.

Ramal


Müəllif:

Oxşar xəbərlər