2 Dekabr 2015 01:53
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın həftələrdə NATO hərbi-siyasi bloku Türkiyənin təhlükəsiziliyinin təmin edilməsinə dair tədbirlər paketi üzərində işləyir və alyansın cənub-şərqi cinahında situasiyanı izləməyi planlaşdırır. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə NATO-ya üzv ölkələrin beynəlxalq idarələri başçılarının rəsmi bəyanatında bildirilir.

“NATO müdafiə nazirləri bu məsələni hələ oktyabr görüşündə müzakirə eləmiş və Türkiyənin təhlükəsizliynin təmin olunmasına dair növbəti addımlar üzərində işləmək tapşırığı vermişdilər. Bu gün biz bu işin icmalını apardıq”, – deyə bəyanatda qeyd olunur.

Lakin sənədin özündə Rusiyanın “Su-24” təyyarəsi ilə insident haqda heç nə deyilmir.

Az öncə NATO baş katibi Yens Stoltenberq bildirmişdi ki, alyans ölkələrinə qarşı hibrid hücumları NATO-nun hərbi xarakterli cavablarına səbəb olacaq.


Müəllif: