Argentinanın keçmiş prezidenti Karlos Menem yerli məhkəmənin qərarı ilə 4,5 il müddətinə həbsə məhkum edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, "El Turko" ləqəbli Menem korrupsiyada ittiham olunub.
Bundan əlavə, Menemin prezidentliyi dönəmində iqtisadiyyat naziri olmuş Dominiqo Kavallo da eyni ittihamla 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Yayılan məlumatlara görə, keçmiş prezident və nazir dövlət qurumlarından əlavə ödənişlər tələb edib, təhlükəsizlik və müdafiə üçün ayrılmış maliyyədən öz məqsədləri üçün istifadə ediblər.
Samir